Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Mikayıl Cabbarov sahibkarlara müraciət etdi - VİDEO

13.02.2018 20:59

Sahibkarları bundan sonra daha şəffaf və innovativ vergi xidməti gözləyir. Bunu vergilər nazir Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda bildirib. Nazir vergi sahəsində ki, çatışmazlıqlardan da danışıb. Bildirib ki, indidən sonra sahibkarlarla münasibətlər yenidən qurulacaq.

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

Bu barədə nazir Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı deyib. Nazir, vergi qanunvericiliyində mütamadi dəyişikliklər edilməsini düzgün hesab etmədiyini, bunun vergi riski yaratdığını, lakin müəyyən dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

Nazir, vergi planının ödənilməsi üçün əvvəllər insanlardan artıq vergi ödəmələri tələb edildiyini bildirib. Hətta mühasiblərin də səhv edə biləcəyini açıqlayan nazir, düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanın ayrı-ayrı şeylər olduğunu bildirib. "Birinci müsbət qarşılansa da ikincisisi cinayətdir" deyib.

Vergilər Naziri Mikayıl Cabbarov xidmət sayının artırılacağını qeyd edib. Stimullaşdırıcı vergi siyasətinə keçiləcəyini bildirib. Nazir, tanınmış yerli və xarici şirkətlərin vergi orqanlarında informasiyanın olmamasından istifadə edərək, vergidən yayındıqlarını deyib.

Nazir, qanun pozuntusuna daha çox kiçik və orta sahibkarlıq subketlərində yol verildiyini açıqlayıb. Onun sözlərinə görə vergi sahəsində yoxlamaların sayı azaldılsa da sanksiyalar qaçılmaz olacaq.

© xezerxeber.az


519 dəfə oxunub

ÇOX OXUNANLAR