Norveçlilər Trampın bu sözlərini gülüş obyektinə çevirdi - VİDEO

14.01.2018 13:08

ABŞ prezidenti Donald Trampın qaçqınlarla bağlı etdiyi bir çıxışda Latın Amerikası və Afrikadan qaçqın qəbul etmək yerinə, Norveçdən qaçqın qəbul etməyi üstün tutduğunu etiraf etməsi bu ölkədə gülüş obyektinə çevrilib.

Norveçin məşhur jurlanistlərindən olan Runni Baraldsnes Trampın bu sözlərini bir pankarta yazıb və paytaxt Oslonun küçələrində sosial sorğu keçirib.

Jurnalist paytaxt sakinlərinə "Trampın dəvətini qəbul edərsinizmi” sualını ünvanlayıb. Sorğuda iştirak edən norveçlilərin əksəriyəti bu suala "əsla” cavabını veriblər. Bəziləri isə ABŞ-da bir işlərinin olmadığını deyib./publika.az


© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR