İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO

13.01.2018 20:01

İmişlidə fərdi yaşayış evi yanıb.

Xezerxeber.az-ın məlumatına görə, yanğın zamanı evdə adam olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Amma ev əşyaları ilə birikdə külə dönüb. Hadisə gecə saatlarında İmişli şəhər Lətif Vəliyev küçəsində yerləşən Aslanov Yadigara məxsus evdə qeydə alınıb. Ev sahibinin sözlərinə görə, alov evin yola tərəf olan otağından başlayıb və digər otaqlara keçib. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canli qüvvəsi cəlb edilib. Yanğın söndürlüüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir:



© xezerxeber.az


452 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR