Azərbaycanın tranzit imkanaları genişlənir - Bakı Beynəlxalq Dəniz Ticarət Limanından REPORTAJ - VİDEO

13.01.2018 20:01

Azərbaycanda dəniz yolu ilə yük avtomobillərinin daşınması daha maneəsiz və sürətli formada həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb ölkəmizdə ilk dəfə olaraq gəmi ilə təkərli nəqliyyat vasitələrinin daşınması üçün xüsusi Ro-Ro terminalının istifadəyə verilməsidir.

Limanda inşaat işləri İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. 400 hektarlıq liman ərazisinin 117 hektarını əhatə edən tikintinin 1-ci fazası çərçivəsində, Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru-yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpünün inşası həyata keçirilir.

Yeni liman ən müasir texnoogiyalarla təmin edilir. Belə texnologiyalar yeni istifadəyə verilən Ro-Ro terminalında da tətbiq olunub.

Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu limanın səmərəliliyini bir neçə dəfə artırıb. Belə ki, liman bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. 4 istiqamətdən gələn yüklər buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətinə daşınacaq.

İnşaat işlərinin birinci mərhələsində ərazidə yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi də nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir:


© xezerxeber.az


373 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR