Beyləqanda qətl törədilib - VİDEO

12.01.2018 20:37

Beyləqanda qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, 27 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qətl hadisəsi ötən gecə rayonun Dünyamalılar kəndində qeydə alınıb. Kənddə yaşayan və əslən Xocavənd rayonundan olan Muxtar Musatafayev Dünyamlılar kənd sakini 27 yaşlı Əli Bayramovu qətlə yetirib.

Əli Bayramovun yaxınları bildirir ki, gənclər arasında bir müddət öncə münaqişə olub, lakin ailələri tərəfindən barışdırılıblar. Buna baxmayaraq ötən gecə Muxtar ov tüfəngini götürərək Əlinin yaşadığı evə gəlib. Həmin vaxt Əli hamamda olub. Muxtar Əlini gözləyib və o, hamamdan çıxarkən iki dəfə atəş açıb.

Əli Bayramov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayib. Hadisəni törədən Muxtar Mustafayev saxlanılıb. Hazırda Beyləqan rayon prokrorluğunda qətl hadisəsi ilə bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az


793 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR