Taxıl sahələrinin suvarılma vaxtıdır - VİDEO

12.01.2018 20:34

Taxıl əkini ilə məşğul olan təsərrüfatçılar sahələrin suvarılması işlərinə başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, taxıl sahələrinin suvarılması həm bitkiyə xeyir verir, həm də ziyanvericləri məhv edir.

Zərdablı fermerlər bildirir ki, əslində sahələr bir müddət sonra suvarılmalı idi. Hava şəraitinin mülayim keçməsi və yagıntının az olması suvarmanı zəruri edib.

Bu mövsümdə bölgədə ziyanvericilər çoxalır. Suvarmanın aparılması torpaqda yuva qurmuş gəmiricilərin, eləcə də başqa ziyanvericilərin boğularaq ölməsinə səbəb olur.

Torpaq sahələri taxıl səpiləndən biçin vaxtına qədər 2-3 dəfə suvarılmalıdır. Su mənbəyi kimi Kür çayı, Türyançay və Göyçay çayından istifadə olunur. Bunun üçün rayon ərazisində 71 su-nasos stansiyası fəaliyyət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


278 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR