Paytaxtdan sonra regionlarda da "Pulsuz vayfay" olacaq - VİDEO

07.12.2017 20:50

Bölgələrdə yaşayan və mütəmadi şəkildə internetdən istifadə edən vətəndaşlara şad xəbərimiz var. Artıq regionlardakı parklarda da "pulsuz vayfay" lar quraşdırılacaq. Bu arada, ikinci peykimizin orbitə buraxılacağı vaxt da məlum olub.

Paytaxtdan sonra regionlarda da "Pulsuz vayfay" olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda Bakıdakı bütün böyük parklarda "Pulsuz vayfay" var. Layihə gələcəkdə də davam etdiriləcək və bölgələrdəki parklarda da "Pulsuz vayfay" quraşdırılacaq.

Nazir müavini ikinci peykin orbitə buraxılacağı vaxtı da açıqlayıb. O, deyib ki, növbəti peyk yaxın aylarda orbitə göndəriləcək.

Gələn il orbitə buraxılacaq Azərspace-2 peykinin əhatə dairəsi Avropa, Yaxın Şərq, Afrikada Böyük Səhra, eləcə də Mərkəzi və Cənubi Asiya olacaq.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR