Sabirabadda toyda kütləvi dava: Yaralılar var - VİDEO

07.12.2017 20:39

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Hadisə rayonun Qaragüney kəndində baş verib. Sabirabad sakini Sərxan Əsədov toyda bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 35 yaşlı Orxan Xudiyev və Bakı sakini, 29 yaşlı Emil Əhmədov Şirvan şəhər xəstəxanasında əməliyyat olunublar.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.



© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR