Prezidentin köməkçisi: “İlqar Məmmədov məsələsi Yaqlandın yuxusuna haram qatıb” - VİDEO

07.12.2017 20:53

"Qərb və avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir". Bu fikirləri prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib. Onun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq 2017-ci ilin dekabrın 1-dən etibarən İlqar Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər.

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bildirib ki, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb.

Prezidentin köməkçisinin sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq 2017-ci ilin dekabrın 1-dən etibarən İlqar Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malikdir. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara da gedə bilər.

Novruz Məmmədov bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən bu qurumla həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib.

Novruz Məmmədov həmçinin bildirib ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və bununla belə, ölkəmizin təşkilatdan çıxması faciə hesab edilə bilməz.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR