Azərbaycan və Qazaxıstan "Yol xəritəsi” imzalayıblar - VİDEO

07.12.2017 20:52

Azərbaycan və Qazaxıstan neft-qaz nəqli ilə bağlı işçi qrupu yaradır. Bu barədə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında bildirilib. Qeyd olunub ki, iki ölkə arasında 2018-2020-ci illəri əhatə edən strateji yol xəritəsi ikitərəfli əməkdaşlığın inkişafı baxımından önəmlidir.

Azərbaycan və Qazaxıstan arasında "Yol xəritəsi" formasında tədbirlər planı qəbul edilib. Sənəd Bakıda keçirilən iki ölkənin birgə Hökumətlərarası Komissiyasının 4-cü iclası çərçivəsində imzalanıb..

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev isə bildirib ki, Qazaxıstan neftinin və qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün işçi qrupları yaradacaq.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 faiz artaraq 102,5 milyon dollar olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3 faiz artaraq, 21,8 milyon dolları olub. İdxal isə 2,7 faiz yüksələrək, 80,7 milyon dollara çatıb.

© xezerxeber.az


49 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR