660 valideyn cəzalandırılıb – UŞAQLARA GÖRƏ - VİDEO

07.12.2017 20:40

Azərbaycanda övladını baxımsız vəziyyətdə qoyduğuna görə son 3 ildə 660 valideyn cərimələnib. Aparılan araşdırmalar zamanı məlum olub ki, baxımsız qalan 15-yaşınadək uşaqların əksəriyyəti tək valideynli ailələrin övladlarıdır. Eyni səhvə təkrar yol verənlər isə valideynlik hüququndan məhrum oluna bilərlər.

Övladını baxımsız vəziyyətdə qoyduğuna görə son 3 ildə 660 valideyn cərimə olunub. Aparılan araşdırma zamanı məlum olub ki, valideyn qayğısı görməyən uşaqlar ya dilənçiliklə məşğuldurlar ya da məcburi əməyə cəlb olunurlar. Onların əksəriyyətinin isə 8-15 yaşları var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyevin sözlərinə görə 2014-cü ildə uşaqlarını bilərəkdən baxımsız vəziyyətdə qoyduğu üçün 220, 2015-də 200 nəfər, 2016-cı ildə isə 240 valideyn barəsində polis orqanları tərəfindən məsuliyyətə cəlb edilib. Müyyən olunub ki, baxımsız qalan 15-yaşına dək olan uşaqların əksəriyyəti tək valideynli ailələrin övladlarıdır.

Pərviz Əliyev, baxımsız qalan beləliklə də təhsildən yayınan uşağa qarşı sonrakı tədbirlərin o qədər də effektiv olmadığını deyir. Məlumata görə tüfeyli həyat tərzi keçirən ailələrdən hər il orta hesabla 4-5 uşaq körpələr evinə göndərilir. Komitə tərəfindən 660 valideynlə görüş keçirilib, onlar öz səhvlərini qəbul ediblər. Cərimə olunanlar eyni səhvə ikinci dəfə yol versələr onlar valideynlik hüququndan məhrum oluna bilərlər.


© xezerxeber.az


62 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR