Narkotik satıcıları saxlanıldılar - VİDEO

07.12.2017 20:14

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov saxlanılıb. Baxış zamanı onun üzərindən 6,92 qram qurudulmuş marixuana götürülüb. Şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov saxlanılıb.

Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə gizlətdiyi, ümumi çəkisi 951,26 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

© xezerxeber.az


50 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR