Zimbabvedə hərbi çevriliş - prezident girov götürüldü - VİDEO

15.11.2017 12:18

1980-ci ildən Zimbabveyə rəhbərlik edən 93 yaşlı prezident Robert Muqabe hərbçilər tərəfindən devrilib.

Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib.

Qiyamçılar paytaxt Haraedə hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu. Eyni zamanda hərbi çevrilişdən sonra vitse-prezident Emmerson Mnanqava da vəzifəsindən kənarlaşdırılıb.

"ZBC” dövlət teleradio şirkətinin binası ələ keçirilib. Zimbabve hökuməti paytaxt Hararedə əsas obyektlərin hərbi mühafizəsini gücləndirməyə qərar verib. Hərbçilər şəhərin əsas magistral yollarında blokpostlar qururlar. Prezident sarayının da mühafizəsi xeyli gücləndirilib.

Qeyd edək ki, noyabrın əvvəlində Zimbabve prezidenti 93 yaşlı Robert Muqabe xələfi hesab edilən müavini, orduda böyük nüfuza malik olan Emmerson Mnanqaqvanı istefaya göndərib. Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentdən hakim partiyanın sıralarında təmizləməyə son qoymağı tələb edib.

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR