Sabahdan məktəblərə istilik veriləcək - VİDEO

14.11.2017 20:42

Bakıda yerləşən 307 ümumtəhsil məktəbinə sabahdan istilik veriləcək. Bunun üçün Bakı Şəhər Təhsil İdarəsində monitorinq qrupu yaradılıb və məktəblərdə aşkarlanan problemlər aradan qaldırılıb.

Xezerxeber.az-ın məlumatına görə, qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, istilik mövsümünə hazırlıqlar yekunlaşdırılıb.

Yoxlamalar zamanı istilik sistemində nasazlıq olan məktəblərdən biri də Binəqədi rayonunda yerləşən 115 saylı məktəb olub ki, buradakı problem də həll edilib.

Bakı şəhərində yerləşən məktəblərin 136-sı ''Azəristiliktəchizat'' ASC tərəfindən, 169-u fərdi qazanxanalar, 3-ü isə həm fərdi, həm də mərkəzləşdirilmiş qaydada istiliklə təchiz ediləcək.

Məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR