İtaliya millisində qalmaqal: De Rossi baş məşqçinin qərarına etiraz etdi - VİDEO

14.11.2017 17:28

DÇ-2018-in pley-off matçlarındaİtaliya yığması iki oyunun nəticəsinə görə İsveçə uduzaraq mundiala yollana bilməyib.

Bu komandaların cavab görüşündə İtaliya millisinin baş məşqçisi Campyero Ventura ilə futbolçusu Daniele de Rossi arasında qalmaqal yaşanıb. Ventura De Rossini 2-ci hissədə oyuna daxil etmək istəsə də, təcrübəli yarımmüdafiəçi buna etiraz edib. O, qərar bu cür etiraz edib və meydana daxil olmayıb:"Mən oyuna daxil olub nə edəcəm ki? Təzyiq göstərib qələbə qazanmaq lazımdır".

Qeyd edək ki, qarşılaşmadan sonra De Rossi yığma karyerasını başa vurub. Onunla yanaşı, Buffon, Kyellini və Bartsali də millidən gedib.


© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR