Şəhər əhalisi bu ceyranı düz bir həftə qovub - Səbəbinə baxın! - VİDEO

14.11.2017 15:04

ABŞ-ın Ohayo ştatının Anderson şəhərinin sakinləri nə az, nə çox, düz bir həftə ərzində bu ceyranı qovublar. Məqsədləri isə xeyirxah olub.

Ağzını plastik kütlədən hazırlanmış Hellouin boranısına keçirən ceyran sonradan bu boranıdan canını qurtara bilməyib. Bu gedişlə ceyranın acından öləcəyini başa düşən şəhər sakinləri onu boranıdan xilas etmək üçün bir həftə ərzində onu tutmağa çalışıblar. Bu müddətdə bir dəfə onu tutmağa yaxın olublar – ceyranı mühasirəyə sala biliblər, amma boranını onun ağzından çıxarmağa macal tapmamış ceyran mühasirənin zəif bəndlərindən birini – bir qadını yıxıb qaça bilmişdi.

Nəhayət, bu gün ceyrana yaxınlaşıb boranını ağzından çıxarmaq mümkün olub. (Bizimyol.biz)


© xezerxeber.az


820 dəfə oxunub

XƏBƏRLƏR

20.09.2018 09:26

Qobustanda zəlzələ

ÇOX OXUNANLAR