Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Bütün Rusiyada azərbaycanlının meyitini “Porsche”də gəzdirən şəxs axtarılır - VİDEO

14.11.2017 13:59

Rusiyada Azərbaycan vətəndaşının meyitini "Porsche” markalı avtomobildə gəzdirən şəxsi axtarır.

Bu barədə hüquq-mühafizə orqanlarından lenta.ru saytına məlumat verilib.

Bildirilir ki, hadisə Moskva ətrafında baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Novikova küçəsində yerləşən xəstəxanalardan birinin həyətinə yük yerinin qapısı açıq olan "Porsche” markalı avtomobil daxil olub.

Sürücü dərhal maşından düşərək qaçıb. Daha sonra maşın sərnişinlər üçün nəzərdə tutulmuş oturacağında qanlar içində olan meyit aşkarlanıb.

Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, öldürülən şəxs Azərbaycan vətəndaşıdır.

Hazırda həmin avtomobildən qaçan şəxsin tapılması istiqamətində bütün ölkədə axtarışlar aparılır.

BAKU.WS

© xezerxeber.az


965 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR