İtaliyanın məşhur futbolçuları yığmadan getdi - Şok səbəb - VİDEO

14.11.2017 10:42

İtaliya son 60 ildə ilk dəfə dünya çempionatına qatılmayacaq.

Milanın "San-Siro" stadionunda İsveçlə heç-heçə edən İtaliyanın futbol üzrə yığması son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

İsveç öz meydanında İtaliyanı 1:0 udduğu üçün bu dəfəki hesab da isveçlilərin xeyrinə olub.

1958-ci ildən bəri ilk dəfə italyanlar dəhşətli dərəcədə məyus olub.

Oyundan sonra yığmanın qapıçısı Canluici Buffon, yarımmüdafiəçi De Rossi və müdafiəçi Corco Kellini yığmadan getdiklərini bəyan ediblər. Onların ardınca yığmanın baş məşqçisi də istefa verib.

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR