Yaşayış evində partlayış baş verib - Şəmkirdə - VİDEO

13.11.2017 20:44

Şəmkirdə yaşayış evində partlayış olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəmkirin Zəyəm Cırdaxan kəndində baş verib. Nəticədə mətbəxin divarı uçub və təzyiq 45 yaşlı Məhbubə İskəndərlini yaşadığı evdən bayıra atıb.

Partlayış zamanı digər otağın döşəməsi qalxıb və qadının orada yatan 20 yaşlı oğlu Mehrab İskəndərli də xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, partlayışa evin yaxınlığından keçən yeraltı qaz xəttində baş verən qaz sızması səbəb olub.

"Azəriqaz"dan isə məsələ ilə bağlı bildirdilər ki, huquq-mühafizə orqanları hadisəni araşdırdıqdan sonra partlayışın dəqiq səbəbləri müəyyənləşəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR