Bakıda ölüm saçan piyada: Sürücülər həyəcanlı anlar yaşadı - VİDEO

13.10.2017 13:55

Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələri sürücülərinə həyəcanlı anlar yaşadıb.

Məsuliyyətsiz piyada avtomobillərin yüksək sürətlə hərəkət etməsinə baxmayaraq, siqaret çəkə-çəkə yolu keçmək istəyib.

Sürücü piyadanı vurmamaq üçün hərəkət istiqamətini dəyişib.

Videonu çəkən sürücü bildirib ki, həmin yolda qanunsuz olaraq hətta dəmir arakəsmələri götürüblər və piyadaların yolu keçməsini asanlaşdırıblar.

Qeyd edək ki, görüntülərdə tarix səhv göstərilib, video bu gün çəkilib.

Həmin yolda sürət həddi 110 km/saat-dır./Oxu.Az

© xezerxeber.az


892 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR