72 milyon dollarlıq təyyarə satışa çıxarıldı - VİDEO

13.10.2017 13:57

Kanadanın ən böyük və özəl reaktiv təyyarəsi satışa çıxarılıb.

"The Telegraph" nəşrinin yayımladığı məlumata əsasən füsunkar dizaynda tərtib olunmuş "Bombardier Global 7000" təyyarəsi dünyanın ən bahalı və ən geniş təyyarəsi hesab olunur.

Təyyarənin daxilində sanitar qovşağı, 4 geniş otaq, mətbəx hissəsi, əyləncə və istirahət otağı var. 19 nəfər sərnişin üçün nəzərdə tutulan təyyarənin qiyməti isə nə az, nə çox, 72 milyon dollar dəyərindədir.

2015-ci ildən hazırlanmasına başlanılan Qlobal 7000 təyyarəsinin rəsmi təqdimatı 10-12 oktyabr aralığında ABŞ-ın Las-Veqas şəhərində "National Business Aviation Association"-un satış sərgisində nümayiş etdiriləcəyi deyilib./Publika.az


© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR