Şəkinin tərsinə yanan işıqforları təmir edildi - VİDEO

13.10.2017 11:45

Şəki şəhərinin Heydər Əliyev prospektində yerləşdirilən işıqforlarda problem yaranıb.

Belə ki, "yaşıl işıq”dan sonra avtomatik "qırmızı işıq” yanıb. Bu vəziyyət isə qəza şəraitini qaçınılmaz edib.

Problemlə bağlı Şəki şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan Metbuat.az-a bildirildi ki, ildırım çaxması nəticəsində 5 ədəd işıqforun sistemində problem yaranıb.

"Siqnal İdarəsindən dəvət olunan mütəxəssislər mövcud qaydalara uyğun olaraq problemi həll etdilər. Dünən Şəki şəhər Polis şöbəsi, Dövlət Yol Polisi bölməsinə tapşırıqlar verildi. Həmin gün keçirilən reyd nəticəsində məlum olub ki, işıqforlar artıq tam işlək vəziyyətdədir".

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR