İspaniyada parad zamanı qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO

12.10.2017 16:24

İspaniyanın milli bayramı münasibətilə keçirilən paradda iştirak edən "Eurofighter" qırıcı təyyarəsi ölkənin cənub-şərqindəki Lyanos aviabazasında qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, paradda iştirak edən dörd qırıcıdan biri olub.

Yerli KİV pilotun katapult edə bilmədiyini yazıb.

Qeyd edək ki, bu gün Madriddə İspaniyanın milli bayramı şərəfinə parad keçirilir. Paradı dövlət başçısı, kral VI Felipe qəbul edir. Paradda dörd min hərbçi, eləcə də hərbi texnika, o cümlədən təyyarələr iştirak edib.

© xezerxeber.az


62 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR