Bu avtomobillər düşüncə gücü ilə hərəkət edir - YENİLİK - VİDEO

12.10.2017 14:24

Rusiyanın Nijnıy Novqorod Dövlət Universitetinin elm adamları ölkədə bir ilk olan elektrikli avtomobil hazırlayıb.

Avtomobil fiziki məhdudiyyəti olan şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Fiziki məhdudiyyəti olan insanlar "Neyromobil” adlandırılan yeni avtomobili düşüncə gücləri sayəsində idarə edəcək. Avtomobil beyin siqnallarını oxuya bilir. Yeni cihaz eyni zamanda bu siqnalları elektrikli skriptlərə çevirən nəzarət sistemlərinə malikdir.

Avtomobil hər hansı bir qəza nəticəsində yaranan iflic və ya ömürlük zədələnmələri olan, bədənini hərəkət etdirə bilməyən insanlar üçün bir alternativ olacaq.

Bu avtomobilin ilk nümunəsi Paris Avtomobil Sərgisində məşhur avtomobil markası olan "Opel”in stendində "Opel Mind” adı ilə tanıdılmışdı./publika.az


© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR