Xəzər Xəbər

Aşıq Ədalət dünyasını dəyişdi VİDEO

Veb TV | 20:55 • 14 Sentyabr 2017
Aşıq Ədalət dünyasını dəyişdi

Azərbaycan incəsənətinə ağır itki üz verib. Aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar, əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibov dünyasını dəyişib. Ustad sənətkarın nəvəsi Əlişan Qurbanov onun vəziyyətini açıqlayıb : Aşıq Ədalət belə deyib - "mən öləndə ağlamayın."

Aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ədalət Nəsibov bu gün, 78 yaşında dünyasını dəyişib.

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aşıq günorta saat 3 radələrində Paytaxtın Nərimanov rayonu Montin qəsəbəsində, yaşadığı evdə vəfat edib.

Günorta saatlarından etibarən xəbəri eşidən mərhumun yaxınları və onu sevənlər aşıqın yaşadığı evə gəliblər.

Yaxınlarının verdiyi məlumata görə Aşıq Ədalət sabah Bakıda dəfn ediləcək. Amma dəfn ediləcəyi yer hələ dəqiqləşməyib.

Qeyd edək ki, Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib, gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. O, "Qaytarma", "Baş Sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının mahir ifaçısı kimi tanınır.

Xəbər lenti