Xəzər Xəbər

Balıqsevənlərin səbrisizliklə gözlədiyi bazardan xəbərimiz var VİDEO

Veb TV | 20:50 • 14 Sentyabr 2017
Balıqsevənlərin səbrisizliklə gözlədiyi bazardan xəbərimiz var

Balıqsevənlərin səbrisizliklə gözlədiyi Pirallahı rayonundakı balıq bazarından xəbərimiz var. Bu bazarının yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Burada həm fermada yetişən, hədə balıqçıların özlərinin tutduğu balıqlar satılacaq. Qiymətlərin isə digər yerlərlə müqayisədə daha ucuz olacağı gözlənilir.

Həm balıqçıların ovladığı , həm də fermada istehsal olunan balıqlar yeni yaradılan ''Balıq bazarında'' satışa çıxarılacaq.Nəticədə də balıqsevənlərin işi rahatlaşacaq.

Pirallahı rayonun giriş hissəsində 7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün ferma tikilir.Fermada illik istehsal gücü 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.

Fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması planlaşıdırlıb.

Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır. Balıq bazarının yaxın günlərdə istifadəyə verilməsi gözlənilir. Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırlıb, ərazi yaşıllaşdırılaraq park salınıb.


Xəbər lenti