Xəzər Xəbər

Prezident İlham Əliyev bir sıra görüşlər keçirdi VİDEO

Veb TV | 20:45 • 14 Sentyabr 2017
Prezident İlham Əliyev bir sıra görüşlər keçirdi

Prezident İlham Əliyev bu gün bir sıra görüşlər keçirib. Dövlət başçısı Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakı, Böyük Britaniyanın dövlət naziri Alan Dunkanı, Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horini və digər rəsmi şəxsləri qəbul edib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edən Prezident İlham Əliyev bugünkü tədbirin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edib. Görüşdə ölkələrimiz arasinda dostluq və qardaşliq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. həmçinin xəzər dənizinin Azərbaycan sektorunda "azəri", "çiraq" yataqlarinin və "günəşli" yatağinin dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatinin pay bölgüsü haqqinda düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafi və xalqlarimizin rifahinin daha da yüksəldilməsi baximindan əhəmiyyəti qeyd edilib.

Prezidenti İlham Əliyev Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə də görüşüb. Dövlət Başçısı Böyük Britaniyanın mərasimdə yüksək səviyyədə təmsil edilməsinin Birləşmiş Krallıq hökumətinin bu tədbirə verdiyi böyük önəmin göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini qeyd edib. Söhbət zamanı ölkələrimiz arasında viza rejiminin qarşılıqlı surətdə sadələşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Dövlət başçısı Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horini də qəbul edib. Regionun lider dövləti olan Azərbaycanın dünyada yaxşı nüfuz qazandığını deyən Manabu Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, münasibətlərimizin daha sürətli inkişafı məqsədilə Yaponiyanın da Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev Yaponiyanın hər zaman Azərbaycandakı layihələrə maliyyə dəstəyi göstərdiyini vurğulayaraq, Yaponiya Hökumətinin ölkəmizdə müasir infrastrukturun yaradılmasına kreditlər ayırmasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşündə bu gün Bakıda imzalanan sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib. Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb. Prezident İlham əliyev Azərbaycan ilə BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirərək, ordeni ona təqdim edib.

Dövlət başçısı bu gün həmçinin Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edilib.

Prezidenti İlham əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri - Sezar Florin Predanı və Stefan Şennakı da qəbul edib. Qonaqlar "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını böyük tarixi hadisə kimi qiymətləndiriblər. Görüşdə Azərbaycan ilə AŞPA arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.


Xəbər lenti