Xəzər Xəbər

Məhərrəmlik nə vaxt başlayır? – Fətva verildi - VİDEO

Veb TV | 20:53 • 14 Sentyabr 2017
Məhərrəmlik nə vaxt başlayır?

Qafqaz Müsəlmanlar İdarəsi Məhərrəm ayı və aşura günü ilə bağlı fətva verib. Bu il Məhərrəm ayı sentyabr ayının 22 -də başlayacaq. Aşura günü isə oktyabr ayının 1-i olacaq. İdarədən bildirilib ki, Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi və yalnız imamlıq institutunun saxlanılması nəzərdə tutulur.

Qafqaz müsəlmanlar idarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Fətvada bu il məhərrəm ayının və aşura gününün dəqiq vaxtı açıqlanıb.

Məhərrəm ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçirilən toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib. O deyib ki, məscidlərdə mikrofondan istifadə qadağan olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.

Şeyxülislam Hacı Allahşükür Paşazadə idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında "Qasım otağı" adlandırılan ziyarətgahda pul yığdığı üçün irad tutub.

Toplantıda Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi, yalnız imamlıq institutunun saxlanılması təklif edilib. Təklifə Şeyxülislam Hacı Allahşükür Paşazadə də müsbət yanaşıb, məsələyə baxılmasının mümkünlüyünü qeyd edib.


Xəbər lenti