Xəzər Xəbər

Firudin Qurbanov "Xəzər Xəbər"ə eksklüziv açıqlama verdi - VİDEO

Veb TV | 20:52 • 14 Sentyabr 2017
Firudin Qurbanov "Xəzər Xəbər"ə

2017-2018-ci tədris ilində məktəblərdə dərslərin keçirilməsinin keyfiyyət dərəcəsi yoxlanılacaq. İmtahanlarda zəif nəticə göstərən məktəblərin müəllimləri ilə bağlı tədbir görüləcək. Bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov açıqlama verib. Nazir müavini bu il I sinifə qəbul olunan şagirdlərin sayından da danışıb. Nazir müavininin "Xəzər Xəbər"ə eksklüziv müsahibəsini təqdim edirik.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyir ki, 2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət" ili elan olunması ilə əlaqədar olaraq məktəblərin monitorinqi aparılacaq. Məktəblərin reytinqi müəyyən olunacaq. Zəif oxuyan şagirdlərin sayı 80 faizdən çox olan məktəblər xüsusi siyahıya alınacaq.

2013-ci ildə 138 min şagirdin birinci sinifə getdiyini xatırladan nazir müavini, bu rəqəmin cari ildə 165 minə çatdığını bildirdi. Təhsilin inkişafı Dövlət Strategiyasına əsasən, 2020-ci ilədək şagirdlərin artım səviyyəsi 90 faiz olacaq. Diaqnostikadan keçən 140 mindən çox müəllimin maaşının 2 dəfədən çox artırıldığına diqqət çəkən təhsil nazirinin müavini Firudin Qurbanov, bunun ilk dəfə olaraq peşə fəaliyyətinə başlayanlara da şamil olunacağını dedi.

Nazir müavini növbəti tədris ilində məktəbdaxili dərnəklərin fəaliyyətini də gücləndirəcəklərini dedi.


Xəbər lenti