Xəzər Xəbər

Daşkəsəndə QƏTL: Toydan gələn ər arvadını BOĞDU - VİDEO

Veb TV | 20:44 • 14 Sentyabr 2017
Daşkəsəndə QƏTL:

Daşkəsəndə qətl hadisəsi baş verib.33 yaşlı kişi həyat yoldaşını boğaraq öldürüb. Hadisəni törədən şəxs könüllü olaraq polisə təslim olub.

Kişi arvadını boğaraq öldürüb. Hadisə Daşkəsən rayonun Bayan kəndində baş verib. Kənd sakini 33 yaşlı Ramil Həsənov qisqanclıq zəminində həyat yoldaşı 27 yaşlı Könül Əzizovanı boğaraq öldürüb. Qadının əmisi Zizami Əzizovun sözlərinə görə ailə Bakı şəhərində yaşayıb.Ötən gün isə onlar Könül Əzizovanın əmisi nəvəsinin toy şənliyində iştirak ediblər. Kənddə qaynanası gildə qalan Ramil Həsənov səhər saatlarında yoldaşını boğaraq öldürüb.

Məlumata görə həyat yoldaşını öldürən Ramil Həsəsnov könüllü olaraq polisə təslim olub.Ailənin 8 yaşlı bir övladı var. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Xəbər lenti