Xəzər Xəbər

Ucar sakini yaşadığı evi yandırdı VİDEO

Veb TV | 20:44 • 14 Sentyabr 2017
Ucar sakini yaşadığı evi yandırdı

Ucar sakini yaşadığı evi yandırıb. Özü də hadisə zamanı yanıq xəsarəti alıb.

Yaşadığı evi yandıran şəxs özü də xəsarət alıb. Hadisə Ucarda baş verib. Rayon sakini, 54 yaşlı Eyvaz Hacıyevə məxsus fərdi yaşayış evində güclü yanğın baş verib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib və ətrafdakı tikilələrə keçməsinin qarşısı alınıb. Lakin ümumi sahəsi 200 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Ev sahibi Eyvaz Hacıyev yanıq xəsarəti alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, ruhi xəstə olan Eyvaz Hacıyev evi özü yandırıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti