Xəzər Xəbər

Kürdəmirdə AĞIR QƏZA: Ölən var - VİDEO

Veb TV | 20:43 • 14 Sentyabr 2017
Kürdəmirdə AĞIR QƏZA:

Kürdəmirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Mikroavtobus yük maşını ilə toqquşub. Sərnişlərdən biri hadisə yerində ölüb. Şəmkirdə isə avtomobillə vurulan piyada xəstəxanada ölüb .

Sərnişin aparan mikroavtobus qəzaya düşdü. Bir nəfər öldü, doqquz nəfər yaralandı.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonu ərazisinə keçən hissəsində baş verib. 33 yaşlı Bərdə rayon sakini Rüstəm Bünyadov mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün etməyib və eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb. Nəticədə sərnişinlərdən 56 yaşlı Gəncə sakini Amaliya Mansurova hadisə yerində dünyasını dəyişib.

Sürücü ilə bərabər 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Yaralılardan 3-nin vəziyyəti yüngül olduğundan ambulator müalicəyə, Vəziyyəti ağır olanlardan 4-ü Gəncəyə, 2-si isə Bakıya yola salınıb. Mikroavtobusda sıxılıb qalmış sərnişinin meyiti isə xilasedicilər tərəfindən çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəmkirdə isə avtomobillə vurulan piyada xəstəxanada ölüb . Hadisə rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində baş verib. avtomobil Seyfəli kənd sakini 19 yaşlı Çingiz Musayevi vurub.Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı xəstəxanda dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti