Xəzər Xəbər

Evakuatorlar qaydaları pozur: Avtomobili sürüyərək cərimə meydançasına apardılar - VİDEO

Veb TV | 20:56 • 14 Sentyabr 2017
Evakuatorlar qaydaları pozur:

Evakuator sürücülərinin kobut qayda pozuntuları davam edir. Bu dəfə isə avtomobili sürüyərək cərimə meydançasına apardılar. Həmin kadrlar elə dünən çəkilib. Ətrafdakılar evakuator sürücüsünə öz iradların bildirsələr də, o buna əhəmiyyət verməyib.

Evakuator yanlış park edilmiş avtomobili mühafizə olunan duracağa aparmaq üçün ona yaxınlaşır. Evakuator sürücüsü avtomobilin ön təkərlərini evakuatora mindirir və bu şəkildə onu sürüməyə başlayır.

Görüntülərdən aydın olur ki, evakuator sürücüsü avtomobilin arxa təkərlərinə taxılması üçün nəzərdə tutulan diyircəklərdən istifadə etmir. baxmayaraq ki, elə bu evakuatorda da həmin diyircəklər var

Kadrlar ötən gün paytaxtda Rəşid Beybudov küçəsində lentə alınıb. Qaydaları pozan isə Dövlət Yol Polisinin ''Siqnal'' idarəsinə məxsus 99-JF-112 qeydiyyat nişanlı evakuatorun sürücüsüdür.

Bu ərəfədə elə həmin ərazidə olan sayt əməkdaşlarından biri öz iradını evakuator sürücüsünə bildirir. Ancaq, onlar buna əhəmiyyət verməyərək özlərinə haqq qazandıraraq hərəkətə davam ediblər

Yol hərəkəti üzrə ekspertlər isə bu bu qaydada evakuasiyanın qanunla qadağan olduğunu deyirlər. Ekspert Ərşad Hüseynov deyir ki, bu şəkildə avtomobilin evakuasiya olunması onun yanmasına da səbəb ola bilər. Çünki həmin park edilən avtomobillərin əl əyləci əksər hallarda çəkilmiş olur. Bu hal isə avtomobilin tez bir zamanda alışıb yanmasına gətirib çıxarmaqla yanşı, onda bir sıra texniki nasazlığın yaranmasına da səbəb ola bilər

Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Kamran Əliyev xəzər xəbərə bildirdi ki, sözügedən məsələdən xəbərdardılar. Həmin görüntüdə evakuator sürücüsü heç bir qayda pozuntusu etməyib. Yəni avtomobilin arxa təkərləri həmin vaxtı fırlanıb.


Xəbər lenti