Xəzər Xəbər

Balıq əvəzinə mərmi "tutdu" - ƏLİNİ KƏSDİLƏR - VİDEO

Veb TV | 20:49 • 14 Sentyabr 2017
Balıq əvəzinə mərmi "tutdu" -

Qazaxda 25 yaşlı gənc balıq ovladığı vaxt tapdığı mərmi ilə ehtiyatsız davranarkən sursat əlində partlayıb. Nəticədə kəmrəli kənd sakini Ramil Babayev sağ əlini itirib, eyni zamanda bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları alıb.

Göldə balıq tutarkən tapdığı mərmi əlində partladı.

Bədbəxt hadisə Qazaxın kəmərli kəndində baş verib. 25 yaşlı Ramil Babayev kəndin yaxınlığındakı göldə balıq tutarkən mərmi olduğu ehtimal edilən naməlum əşya tapıb. Mərmini əlinə götürərkən isə ehtiyatsız davranıb və nəticədə sursat partlayıb. Ramil Babayev ağır xəsarətlərlə dərhal Qazax Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Yaralı əməliyyat olunub, mərminin partladığı sağ əli amputasiya olunub. Vəziyyəti orta-ağırdır.

Xəstənin yaxınlarının dediyinə görə Ramil Babayev mütəmadi göldə balıq tutmağa gedərmiş. Tapdığı əşyanın mərmi olduğundan xəbərsiz olub və evə gətirib. Bədbəxt hadisə də elə yaşadığı mənzildə baş verib.

Kəmərli Kəndi Qazaxın Ermənistanla təmas xəttinə yaxın kəndlərindən biridir. Mərminin də elə Erməni Silahlı Qüvvələri tərəfindən atılması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti