Xəzər Xəbər

Mal-qara oğruları yaxalandı VİDEO

Veb TV | 20:43 • 14 Sentyabr 2017
Mal-qara oğruları yaxalandı

Abşeron polisi mal-qara oğurluğu ilə məşğul olan cinayətkar dəstə saxlayıb. Məlum olub ki, onlar örüş sahəsindən heyvanları oğurlayıb kəsib satıblar. Özüdə kiloqramını 3 manat 20 qəpiyə.

6 baş heyvanı örüş sahsindən oğurlamaq istəyən şəxslər cinayət başında yaxalanıblar.

Abşeron rayon polis idarəsinə Hökməli qəsəbə sakinləri məlumat veriblər ki, 3 nəfər naməlum şəxsi onlara məxsus inəyi oğurlayarkən tutublar. Dərhal əməliyyatçılar hadisə yerinə gələrək, Güzdək qəsəbəsində yaşayan Seymur Rzaxanov, Spartak İbrahimov və Şəmsəddin Əsgərovu polis idarəsinə gətiriblər.

Dindirmə zamanı polis müəyyən edib ki, adı çəkilən şəxslər Hökməli qəsəbə sakini Ağasəməd Ağayev, Əlirza Salayev və Azər Əzizovun hər birinin iki baş inəyini oğurlamaq istəyib. Polis şübhəli şəxsləri dindirən zaman onların başqa cinayətləridə üzə çıxıb. Saxlanılan Spartak İbrahimov bildirib ki, oğurluğa gediklərini bilməyib. Qonşuluqda yaşayan Seymur onu itmiş inəklərini axtarmağa çağırıb.

Saxlanılan Seymur Rzaxanov mal-qara oğurluğu ilə məşğul olmasını etiraf edib. O,mart ayında Güzdək qəsəbə sakini İxtiyar Məlikovun 3 inəyini, İyul ayında Aşağı Güzdək qəsəbə sakini Südabə Eyvazovanın bir inəyini aparıb. Üçüncü oğurluğa Seymur ''Şəmi'' ləğəbli dostu Şəmsəddin Əsgərovuda cəlb edib. Dostlar Hökməli qəsəbə sakini Ramil Kərimovun 4 ibaş inəyini aparıblar.

Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsinin istintaq şöbəsində oğurluq maddəsi ilə Cinayət işi başlanıb. Dəstə üzvlərinin digər cinayətləri araşdırılır.


Xəbər lenti