Ölkə vətəndaş müharibəsinin BİR ADDIMLIĞINDA - VİDEO

14.09.2017 13:59

İspaniyanın mərkəzi hökuməti ilə Kataloniya muxtar qurumu arasında gərginlik hərbi müstəviyə keçir.

"Röyters” agentliyi xəbər verir ki, İspaniya Müdafiə Nazirliyi Kataloniya sərhədinə hərbi qüvvə toplayır.

Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib. İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.

O vurğulayıb ki, muxtar qurumların səlahiyyətlərini donduran və mərkəzi hökumətə keçməsini təmin edən Konstitusiyanın 155-ci maddəsinin Katalonya üçün də tətbiq olunması mümkün variantlardan biridir. Hökumət rəsmisi hərbi müdaxiləni də son variant kimi istisna etmədiyini söyləyib.

Oktyabrın 1-də keçirilməsi planlaşdırılan referendum baş tutarsa və insanların əksəriyyəti müstəqilliyin lehinə səs verərsə yerli qanunvericiliyə əsasən Kataloniya 48 saat ərzində müstəqilliyini elan edəcək./publika.az


© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR