Vaşinqtonda məktəblərin birində atışma: Ölən və yaralananlar var -VİDEO

14.09.2017 13:36

Amerikanın Vaşinqton ştatında, Skopan şəhərində məktəblərin birində atışma olub. Bu barədə şəhər şerifi özünün Tvitter səhifəsində bəyan edib.

Məlumatda deyilir ki, ibtidai və orta məktəb bağlanıb.

Hüquqmühafizə orqanlarından bildirilir ki, atışma nəticəsində 1 məktəbli həlak olub və daha 3-ü yaralanıb. Yaralıların vəziyyəti stabildir. Onlar xəstəxanaya yerləşdiriliblər.

Artıq cinayətkar həbs olunub. Lakin onun kimliyi və motivi barədə heç bir söz deyilməyib.

faktxəbər

© xezerxeber.az


163 dəfə oxunub

ÇOX OXUNANLAR