“Whatsapp”da yayılan dini mesajlarla bağlı QMİ-dən AÇIQLAMA - VİDEO

13.09.2017 20:55

Son dövrlər "Whatsapp”da dini məzmunlu sms-lər insanlara tez-tez göndərilməyə başlanılıb. Mesajların birində bunu 25 nəfərə göndərdiyiniz təqdirdə sevinəcəyiniz, əks halda böyük bəlaya düçar olacağınız yazılır. Digərində isə dini əhvalat danışılır və yayılır. Bəs bu cür mesajların yayılmasında məqsəd nədir ? Həqiqətən də belə mesajları yayıb- yaymamağınız sizi sevindirə və ya bəlaya düçar edə bilərmi ?

Biri bu mesajı 25 nəfərə göndər, 3 gün ərzində işlədiyin şirkət maşını artacaq deyir.

Digəri isə bu mesajı yaymadığın təqdirdə səni böyük bir bəlanın gözlədiyini yazır.

Başqa biri isə bir əhvalat danışaraq onu dinlə əlaqələndirir və yayılmasını istəyir.

Son dövrlər "Whatsapp”da bu cür dini məzmunlu mesajlar insanlara tez-tez göndərilir. İnsanların dini həssaslığından istifadə edənlər öz məqsədləri üçün bu cür mesajlar yayırlar. Bu da bəzi hallarda insanlar arasında çaşqınlıqların yaranmasına gətirib çıxarır.

Qafqaz Müsəlmanlar İdarəsinin təmsilçisi Mirhəmid Məmmədov deyir ki, Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar. Bu cür mesajların yayılmasının əsas səbəbi dini gözdən salmaq və insanlarda təşviş yaratmaqdır

Mirhəmid Məmmədov deyir ki, din ağıla və məntiqə söykənir.Bu tipli mesajın kimlərəsə göndərilməməsi, heç vaxt bəla gətirə bilməz.

Odur ki, siz də çalışın belə messajları öz tanışlarınıza göndərməyin ki, məqsədli insanlar istəklərinə nail ola bilməsinlər.


© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR