Şəkidə 54 yaşlı kişini elektrik cərəyanı vurdu - VİDEO

13.09.2017 20:45

Şəkidə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Sentyabrın 12-də saat 22.00 radələrində Şəki şəhər sakini, 1963-cü il təvəllüdlü Fərahim Sadəddin oğlu Cəbrayılovu şəhərin Nəriman Nərimanov küçəsində 12 saylı məktəbin yaxınlığında elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb.



© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR