Sumqayıtda evə silahlı basqın: ev sahibini döydülər, sonra da ... - VİDEO

13.09.2017 20:44

Sumqayıtda silahla xuliqanlıq edən şəxslər saxlanılıb. Polis həmin vaxt onlardan pnevmatik və idman tapançası aşkar edərək götürüb. Bundan başqa Corat qəsəbəsində bankomatı qarət etmək istəyən şəxslər də saxlanılıb.

Silahla evə basqın edən şəxslər ifşa edilib.

Sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyevi saxlayıb. Anar Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı cinayətdə istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb. İlkin ifadəsi zamanı Anar Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Qabil Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

Bundan başqa polis Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb. Bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural hadisə yerində polis tərəfindən saxlanılıb.

Sumqayıt şəhər polis idarəsində cinayət işi başlanılıb, istintaq davam edir.



© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR