Azərbaycanda bir ilk: 75 yaşlı kişi paraşütlə 2100 metrdən tullandı - VİDEO

13.09.2017 11:48

75 yaşlı Şəki şəhər sakini Uğurliyev Namiq Uğurlu oğlu yaşının bu çağında yamac paraşütundan tullanaraq atlanaraq Azərbaycanda bir ilkə imza atıb.

BAKU.WS-in məlumatına görə, Şəki şəhəri, Xan Yaylağından 2100 metrdən start götürən ağsaqqal dəniz səviyyəsindən 2426 metrə yüksələrək Azərbaycanda ilk havaya paraplanla qalxan yaşlı şəxs kimi adını qeyd etdirə bilib.

25 dəqiqəlilk uçuş zamanı özünü bir çox gənclərdən daha gümrah hiss edən Namiq dayı, 1000 cavana dəydiyini hamıya sübut edə bilib. Uçuş "Khanland” ekstremal idman növləri düşərgəsinin komandası tərəfindən tənzimlənib.


© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR