TƏHLÜKƏLİ KADRLAR: Minik maşınının üzərində armaturlar aparılır - VİDEO

12.09.2017 20:53

Metrlərlə uzunluğu olan armaturu minik maşını ilə daşıdı. Yola ziyan vurdu, yol hərəkəti iştirakçılarını isə risqə atdı. Bakı-Quba yolunda çəkilən kadrları izləyicilərimizdən biri vatsapp nömrəmizə çəkərək göndərib.

Minik maşınının üzərində armaturlar aparılır. Uzunluğu təxminən 5 metr olan armaturların bir hissəsi asfaltla sürünür

Bu təhlükəli kadrlar Bakı-Quba yolunun Xaçmazdan keçən hissəsində lentə alınıb.

Kadrlardan da aydın görünür ki, minik maşının üzərinə yüklənən armaturlar sözün əsl mənasında təhlükə saçır

Sürücü bu hərəkəti ilə yola ciddi ziyan vurmaqla yanaşı, digər yol hərəkti iştirakçıları üçün də qəza riski yaradırr. Çünki həmin armaturlar yola tökülə və ya yol kənarında olan piyadalara da dəyə bilər. bu isə bədbəxt hadisənin baş verməsinı qaçınılmaz edir

Bu hal Yol Hərəkəti Haqqında qanunun 57-ci maddəsinin tələbininin tələbi pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinə görə, belə qayda pozuntusuna görə 40 manata qədər cərimə tətbiq edilir.


© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR