Xəzər Xəbər

Bu yarmarkada şəhid ailələrinə məktəb ləvazimatları pulsuz verilir - VİDEO

Veb TV | 19:22 • 2 Sentyabr 2017
Bu yarmarkada şəhid ailələrinə məktəb ləvazimatları pulsuz verilir  -

Yeni dərs ilinin başlamasına az vaxt qalmış məktəb yarmarkalarına axın da artır.

Xezerxeber.az-ın məlumatına görə, belə yarmarkalar arasında məktəblilərə pulsuz dərs ləvazimatları verənlər də var.

Əvvəlcə qeyd edək ki, yarmarkada çəkiliş etməyə uzun sürən danışıqlardan sonra nail olduq. Yarmarkada çalışanlar bunu reklam yox, Allah xatirinə etdiklərini deyirlər. Biz isə sadəcə bu insanların xeyirxah əməllərini ictimailəşdirmək istədik. Xüsusi qeyd edək ki, aksiya sırf Aprel şəhidlərinin övladları üçün nəzərdə tutulub.

Bu aksiyanı təşkil edənlər həm də aztəminatlı ailələri nəzərə alıblar. Bunu yarmarkadakı qiymətlərin digər məktəbli yarmarkalarınan isbətən ucuz olmasından görmək olur. Lakin bu aksiya məktəbli geyimlərinə və çantalarına aid deyil. Yalnız dərs ləvazimatları -xüsusilə də qələm, dəftər, karandaş və digər əşyalar pulsuz verilir.

Artıq bir neçə gündür fəaliyyət göstərən yarmarkadan xeyli şəhid ailələri yararlanıb. "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən məktəbli yarmarkası təhsil müəssisələri açılana qədər öz işinə davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti