Xəzər Xəbər

Təqaüdçüləri aldadan şəxs tutuldu - VİDEO

Veb TV | 20:20 • 21 Avqust 2017
Təqaüdçüləri aldadan şəxs tutuldu -

Şirvanda təqaüdçüləri aldadan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşların polis şöbəsinə müraciəti əsasında əməliyyat - istintaq tədbirləri həyata keçirilib və şəhər sakini, 27 yaşlı Füzuli Nəcəfov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs bankomatlardan pul çəkən təqaüdçülərin etibarından sui-istifadə edərək onları aldadıb.

Füzuli Nəcəfov təqaüdçülərin plastik kartından ümumilikdə 342 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti