Xəzər Xəbər

3 binaya isti su verilmir: Səbəb borc problemidir - VİDEO

Veb TV | 20:58 • 17 Avqust 2017
3 binaya isti su verilmir:

İki qurum arasında yaranan problemdən 3 binanın sakinləri əziyyət çəkirlər. Söhbət "Azəristilik” ASC-nin ''Azəriqaz'' İstehsalat Birliyinə olan borcundan gedir. Belə ki, Bakının Qaradağ rayonunda neftçilərin yaşadığı binalarda qazanxanaya qazın verilməsi dayandırıldığından sakinlər isti su üzünə həsrət qalıblar.

248 neftçi ailəsi bir aydan çoxdur ki, isti su üzünə həsrət qalıb.Səbəb isə mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən qazanxanaya qazın verilməməsidir.Baxmayaraq ki,sakinlər hər ay həm qaz,həm də işıq pulunu vaxtında ödədiklərini deyirlər.

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsbəsi Nizami küçəsində yaşayan 3 binanın sakinləri onlara isti suyun verilməməsindən şikayyətçidirlər.Bu binalara isti su mərkəzləşdirilmiş qaydada qazanxanadan verildiyi üçün hazırda qazanxana qazla təmin olunmadığına görə bu problem yaşanır.

maraqlısı budur ki, bu problemi sakinlərin fərdi şəkildə həll etmək üçün də imkanı yoxdur. çünki Binalarda suqızdırıcı aparatların quraşdırılmasına icazə verilmir.

Problemlə bağlı ''Azəriqazqaz'' İtsehsalat birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev "XəzərXəbər”ə bildirdi ki,qazanxanaya qazın verilməsinin dayandırılmasında əsas səbəb Azəristiliktəchizat ''Açıq Səhimdar Cəmiyyətinin quruma olan borcunun ödəməmsidir.Azəristiliktəchizat ''Açıq Səhimdar Cəmiyyətinin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev isə dediki,həqiqətəndə qurumun Azəriqaza borcu var və problemin tezliklə həll olunması üçün aidiyyəti qurumlara müraciət olunub.

Hər halda adiyyatı qurumlar da vətəndaşların borcunun olmadığını təsddiqləyir. amma yaranmış vəziyyətdən əziyyət çəkən yenə vətəndaşlardır.


Xəbər lenti