Daha bir körpə ölümü - Bu dəfə Lənkəranda - VİDEO

13.08.2017 20:46

Lənkəranda 1 həftəlik körpə xəstəxanada ölüb. Yaxınları uşağın səhv diaqnoz səbəbindən öldüyünü iddia edirlər.

1 həftəlik körpə xəstəxanada ölüb. Masallının Həsənli kənd sakini, 20 yaşlı Kəmalə Vəlişova bir neçə gün əvəl müayinə olunmaq üçün valideynləri tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlarının sözlərinə görə, ultrasəs müayinəsi zamanı qadının 32 həftəlik hamilə olduğunu, həmçinin də 1 həftəlik yüngül müalicəyə ehtiyac duyulduğunu bildiriblər. Təkrar yoxlamadan keçmək üçün bir neçə gün sonra Kəmalə Vəlişova bu dəfə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qeysəriyyə yolu ilə əməliyyat edərək uşağı götürüblər. Əməliyyatdan sonra isə məlum olub ki, Kəmalə Vəlişova 36 deyil elə 32 həftəlik hamilə imiş.

Sonra isə uşağı küvezə yerləşdiriblər. Lakin 5 gün sonra körpə xəstəxanada ölüb.

Körpənin meyitini müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Kəmalə Vəlişova 1 il əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Bu səbəbdən də 2 il hamilə qalmamalı idi. Lakin o, bu tələblərə əməl etməyib və uşaq da buna görə keysəriyyə ilə götürülüb. və bütün cəhdlərə baxmayraq ölüb.


© xezerxeber.az


417 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR