Burda qəbirlərin istiqaməti fərqlidir - VİDEO

13.08.2017 20:57

Yevlaxın Yuxarı Qarxun kəndi məzarlığındakı qəbirlər görənlərin marağına səbəb olur. Buradakı məzarların bir qisminin üzü qibləyə, qalanı isə əks istiqamətə baxır. Bəs buna səbəb nədir?

Qəbirlərin əksəriyətinin üzü bir tərəfə, qlanlarının üzü isə başqa tərəfə baxır. Görüntülər Yevlaxın Yuxarı Qarxun kənd qəbirstanlığındandır. Bu məzarlıqda üzü qibləyə olan qəbrlərlə yanaşı, əks tərəfə baxanları da var. Burada 70-dən çox məzar digərlərindən fərqlənir. Hətta onların içərisində ər-arvad qəbrləri vardır ki, biri qibləyə digər isə əksinə dəfn edilib.

Köçəri tayfalar Yevlaxın müxtəlif yerlərində yerləşdikdən sonra da öz dədə-babalarının yaşadıqları ərazidə dəfn ediliblər. Son bir neçə ildə dünyasını dəyişən tayfa nümayəndələri kənd mollasının məsləhətinə uyğun formada, yəni üzü qibləyə doğru dəfn aparıblar.

Molla deyir ki, bu qəbirlər şəriətə uyğun deyil. Məzarlığın yol kənarında yerləşdiyi üçün, buradan hərəkət edənlərində marağına səbəb olur.


© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR