ABŞ-da qarşıdurma: Ölən və xeyli yaralı var - VİDEO

13.08.2017 11:19

ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş vermiş toqquşmalar nəticəsində 1 nəfər ölüb.

"RİA Novosti"nin verdiyi məlumata görə, qarşıdurma zamanı azı 30 nəfər xəsarət alıb.

Etiraz aksiyaları Amerika vətəndaş müharibəsi zamanı Konfederasiya ordusunun komandanı olan general Robert E.Linin şəhərdəki heykəlinin götürülməsindən sonra irqçi qruplar tərəfindən başlanılıb.

Bölgədə fövqəladə vəziyyət elan olunub.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR