ŞAMAXIDA REYD: Gərgin anlar yaşandı - VİDEO

12.08.2017 20:37

Yol polisi əməkdaşları Bakı-Şamaxı yolunda reyd keçirib. Yoxlamalar zamanı 40-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub. Polisin "saxla" əmrinə tabe olmayan və çəkiliş qrupuna mane olmağa çalışan sürücülərə də rast gəlinib.

Kimisi polisin "Saxla" əmrinə tabe olmadı. Kimisi isə çəkilişə mane olmağa çalışdı.

Görüntülər Yol Polisi əməkdaşlarının Bakı-Şamaxı yolunda keçirdiyi reyddəndir. Reyd zamanı avtomobilin konsturuksiyasında dəyişiklik edən, sürücülek hüququ olmadan avtomobil iadrə edən, avtomobili texniki baxışdan keçirməyən sürücülərə, eləcə də təhlükəsizlik kəmərindən istfadə etməyən sürücü və sərnişinlərə rast gəlinib. Cərimə borcunu ödəməyən 5 sürücünün avtomobili isə cərimə meydançasına aparılıb. Cərimə borcunu ödəməyən bu sürücü isə maşından düşər-düşməz çəkiliş qrupuna hücum etməyə başladı.

Sərxoşluq müayinəsindən keçirilməsi üçün posta dəvət olunduqda da çəkiliş qrupunu hədələməyə davam etdi.

Hətta, kameraya əl atmaqdan da çəkinmədi. Lakin yoxlama zamanı onun sərxoş olmadığı orta çıxdı.

Reyd zamanı 40-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub.


© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR