Bakıda maraqlı mənzərə: Kafe düz piyada yolunun üzərində yerləşir - VİDEO

11.08.2017 20:58

Kafe yolun kənarında deyil düz səkinin ortasını tutub. Buna görə ərazidən keçənlər xüsusilə qadınlar məcbur olaraq yolunu dəyişməli olur. Paytaxtın Nərimanov rayonunda müşahidə edilib. "XəzərXəbər”in çəkilişindən sonra ərazidə mənzərə dəyişib.

Kafe düz piyada yolunun üzərində yerləşir.

Ordan keçmək istəyən qadınlar isə məcbur olub yolunu dəyişərək avtomobil yolunundan keçməli olurlar. Görüntülər paytaxtın Nərimanov rayonunda yerləşən Təbriz küçəsindəndir.

Məsələ ilə bağlı obyekt sahibi bildirdi ki, o tutulan iradları qəbul edir. Söz verdi ki, yolu bağlayan stollar dərhal ərazidən götürüləcək və yoldan tam sərbəst keçid bərpa olunacaq. Elə çəkiliş qrupumuz ərazidə olarkən stollar götürülərək ərazidə hərəkət bərpa olundu. Obyekt sahibinin sözlərinə görə stollarla piyada səkisinin zəbt olunması halına bir də yol verməyəcək.


© xezerxeber.az


309 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR